image-1backend

Səhər ayılanda gördülər ki, “kupça”ları ləğv edilib

image-ads-728x90

Türkiyənin İstanbul şəhərində onlarla ailə ciddi mülkiyyət problemi ilə üzbəüz qalıb. Sarıyer rayonunda yaşayan sakinlərin evlərinin çıxarışları hərrac yolu ilə şirkətlərə satılıb. Boğaz mənzərəli mənzillər üçün olduqca aşağı məbləğ ödənilib. Ev sahiblərinə cəmi 1.2-2.5 milyon türk lirəsi civarında vəsait verilib. Sakinlər mülklərinin “Pelit İnşaat” və “Nar Enerji” şirkətlərinə keçdiyini bildirirlər.

Hadisə Sarıyer rayonunun Poliqon məhəlləsində baş verib. Buradakı 7 binada təxminən 35 ailə yaşayır. Proses hələ 2021-ci ildə başlayıb. Ekologiya Nazirliyi həmin ərazini “rezerv tikinti sahəsi” elan edib. Sakinlər bu qərardan məhkəməyə şikayət ediblər. Əvvəlcə məhkəmə qərarı ləğv etsə də, apellyasiya instansiyası bu addımı dəyişib. Bununla da hüquqi proses yeni mərhələyə qədəm qoyub.

Şərait 2023-cü ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra daha da çətinləşib. Fəlakət riski olan ərazilərin çevrilməsi haqqında qanuna düzəlişlər edilib. Yeni qaydalar rezerv sahələrdə payların satışını asanlaşdırıb. Hökumətin bu qərarı böyük müzakirələrə səbəb olub. Artıq 2024-cü ildə Poliqon məhəlləsindəki paylar hərraca çıxarılıb. Sakinlər isə evlərinin satıldığını məhəllə rəhbərliyinə gələn bildirişlə öyrəniblər.

Hərrac 2024-cü il sentyabrın 19-da baş tutub. Prosesdə yalnız adıçəkilən şirkətlər birgə iştirak edib. Ev sahibləri satış barədə vaxtında məlumat almadıqlarını deyirlər. Bir çox insan vəziyyətdən çox gec xəbər tutub. İstanbulun ən qiymətli yerində kvadratmetrin qiyməti 41 min lirə civarında hesablanıb. Sakinlər bu qiymətin real bazar dəyərindən dəfələrlə aşağı olduğunu sübut etməyə çalışırlar.

Hazırda ərazidə söküntü təhlükəsi yaranıb. Boğaz mənzərəli mənzillərdən biri üçün sahibinin hesabına xəbərsiz pul köçürülüb. Ev sahibinin bank hesabına 1 milyon 270 min lirə yatırılıb. Vətəndaşlar bu prosesin onların iradəsi xaricində baş verdiyini iddia edirlər. Məhkəmə çəkişmələri davam etdiyi halda, şirkət rəhbərliyi yaxın günlərdə söküntüyə başlayacağını elan edib.

Məhəllədə 50 ildən çoxdur yaşayan ailələr var. Onlar doğma yerlərini tərk etmək istəmirlər. Sakinlər yerindəcə yenidənqurma işlərinin aparılmasını tələb edirlər. Problemlə bağlı yerli mediaya danışan vətəndaşlar rəsmi qurumlardan cavab ala bilmədiklərini vurğulayırlar. Onlar mənzil hüquqlarının pozulduğunu bildirirlər və kömək gözləyirlər.Demokrat.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki