Bu gün SEPAH Hörmüz boğazından keçmək istəyən gəmilər üçün yeni qaydalar müəyyənləşdirib.
Korrekt.az xəbər verir ki,SEPAH mediasının məlumatına görə, gəmilər “dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə potensial toqquşmaların qarşısını almaq” məqsədi ilə alternativ marşrutlardan istifadə etməlidirlər.
Bəyanatda alternativ marşrutların göstərildiyi xəritənin də təqdim olunduğu bildirilir.
Yeni təlimatlara əsasən:
• Oman dənizindən Hörmüz boğazına daxil olan gəmilər Larək adasının şimalından keçərək daha sonra Fars körfəzinə doğru hərəkət etməlidir;
• Əks istiqamətdə, yəni Fars körfəzindən çıxan gəmilər isə körfəzdən çıxdıqdan sonra Larək adasının cənubundan keçərək Oman dənizinə doğru irəliləməlidir.




















