image-1backend

Sərhədlərin açılması BU TARİXƏ qaldı – Gözlənti

image-ads-728x90

Türkiyə ilə Ermənistan arasında sərhəd iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən və konstitusiya dəyişikliklərindən sonra açılacaq. Bunu Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədov bildirib. Diplomat qeyd edib ki, Azərbaycan Türkiyə ilə daim əlaqədədir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də davam edir.

turkiye-ermenistan-serhedi-bu-vaxt-acilacaq

O deyib ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra konstitusiya dəyişiklikləri yolu ilə Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracağı gözlənilir. R.Məmmədovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əvvəllər ABŞ-də razılaşdırılmış sülh müqaviləsi imzalanacaq. Azərbaycanlı diplomat deyib ki, bu proses başa çatdıqdan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri də açılacaq.

Bəs payıza qədər gözlənti gerçəkləşə bilərmi, yoxsa ilin sonuna qalacaq?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, səfirin də təsdiqlədiyi kimi, Ermənistan referenduma getməli və yeni konstitusiya mətin qəbul edilməlidir: “Paşinyan son çıxışında Qarabağı, Naxçıvanı, Muşu və digər əraziləri unutmağa çağırdı. Baş nazir qeyd etdi ki, ermənilərin sonuncu vətəni Ermənistandır. Bununla demək istədi ki, başqasının torpağına göz dikməyin, əks halda, transit məntəqəsinə çevriləcəyik. Ona görə də seçkilərdən sonra referendum keçiriləcək və ərazi iddiaları yeni konstitusiya mətnində yer almayacaq. Beləliklə, böyük tarixi münaqişə səhifəsi tam qapadılacaq. Ermənilər konstitusiyaya dəyişiklik etməsələr, onları həmişə fəlakət, konflikt və Rusiyanın təsiri altında qalmaq gözləyir. Bu baxımdan, payızda referendum, ilin sonu isə yekun sülh sənədi gözləyirəm”.

Marqara razılaşması: Bakı icazə vermir – Erməni KİV - Globalinfo.az

Deputat qeyd edib ki, Paşinyan seçkilərdə qələbəni təmin etməlidir, sonra əlini gücləndirərək referenduma getməlidir: “Azərbaycan da ona möhlət verib və sonuncu “ev tapşırığı”nı yerinə yetirməsini gözləməkdədir. Paşinyanın tutduğu mövqe belə deməyə əsas verir ki, sülh gündəliyini məntiqi finala çatdırmaqda həvəslidir. Sadəcə, rəqiblərini və revanşist elektoratı sakitləşdirmək, əzmini qırmaq məcburiyyətindədir. Onun təlqin etdiyi fikirlər də erməni cəmiyyətinə sülh vəd edir. Əgər ermənilər Paşinyanın siyasi kursunu bəyənmirsə, deməli, qan-qada istəyirlər. Bu, onlar üçün növbəti fəlakət deməkdir. Amma Paşinyanın seçki kampaniyası zamanı onu ittiham edən vətəndaşların sayca çox olmadığını düşünürəm. Onlar çox olsaydı böyük mitinqlər keçirilərdi. Biz tək-tük adamların onunla belə danışdığını görürük. O baxımdan, ermənilərin yeni konstitusiya mətnini dəstəkləməsi mümkündür. Çünki burada təkcə ərazi iddiaları mövzusu deyil, qanunvericilikdə bir sıra dəyişikliklər nəzərdə tutulub. Biz hər şeyi Qarabağla əlaqələndirə də bilmərik. Hər bir halda səfirin də sözlərindən aydın olur ki, ilin sonuna qədər tarixi yekun sülh müqaviləsinin imzalanması istisna deyil”.

E.Musayev hesab edir ki, sülh prosesi bölgəyə inkişaf gətirəcək: “Artıq bunun əıamətləri gö qabağındadır. İki ölkə arasında yükdaşımalar həyata keçirilir, Azərbaycanın neft məhsulları, Rusiyanın taxıl və gübrəsi Ermənistana daşınır. Həmçinin Türkiyə ilə Ermənistan ticarəti bərpa edib. Paşinya bu nəticələri erməni xalqına uğur kimi təqdim edir. Və əvvəlki hakimiyyətlərin dövründə ermənilərin hansı şəraitdə yaşadığını göstərir, müqayisə yarada bilir. Bu mənada, ermənilər sərhədlərin açılmasından fayda götürəcəklərini bilməlidirlər”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki