image-img-20260728-wa0013backend

Səyyar ASAN xidmət Laçında- FOTOLAR 

image-ads-728x90

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Laçın şəhərində təşkil edilib. 30 iyul tarixinədək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.

Bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Ağdərə rayonunun Talış kəndində, Cəbrayıl və Xankəndidə də vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.

Məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır.

image-img-20260728-wa0018 image-img-20260728-wa0017 image-img-20260728-wa0016 image-img-20260728-wa0015 image-img-20260728-wa0014 image-img-20260728-wa0013



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki