Korrekt.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ qüvvələri gecə ərzində Hörmüz boğazında İranın 10 hərbi obyektinə zərbələr endirib.
Komandanlığın açıqlamasında deyilir: “ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin təyyarələri İranın M/T Kiku tankerinə dron hücumuna cavab olaraq gecə Hörmüz boğazında və ətrafında 10 İran hərbi obyektinə zərbələr endirib”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində ABŞ təyyarələrinin İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirdiyini və bununla da atəşkəs razılaşmasını daha bir dəfə pozduğunu açıqlamışdı.





















