İranın yeni ali lideri olunan Müctəba Xameneyi ölkənin ABŞ ilə Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqlarda iştirakına razılıq verib.
Korrekt.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb. Məlumata görə, İranın danışıqlar qrupu İslamabada səfər etmək üçün Müctəba Xameneinin icazəsini gözləyirdi və bu icazə bazar ertəsi gecəsi verilib.
Axios yazır ki, son iki ay ərzində Müctəba Xameneyi ictimaiyyət qarşısında görünməyib, onunla bağlı video, səs yazısı və ya rəsmi çıxış paylaşılmayıb. Bu səbəbdən onunla əlaqə qurmağın çətinliyi danışıqlar prosesinə maneə yaradan əsas amillərdən biri kimi qiymətləndirilirdi.
Ağ Ev bu siqnalı gözləyirdi və Pakistan, Misir və Türkiyədən olan vasitəçilər də Tehranı dialoqa getməyə təşviq edirdilər. Bu arada, İran tərəfi sərt mövqe tələb edən SEPAH-ın təzyiqi səbəbindən dayandı – ABŞ-nin dəniz blokadasına son qoyulmadan danışıqlar aparılmadı.





















