image-1backend

SON DƏQİQƏ! Prezident onları ƏFV ETDİ – ADLAR

image-ads-728x90

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Korrekt.az xəbər verir ki, sənəd məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1.1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir;

1.2. Bağırov Elşən Malik oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 21 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

1.3. Balabəyov Fikrət Əlibəy oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;

1.4. Bayramov Hikmət Abduləli oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir;

1.5. Beybudlu Xəyal Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 24 aprel tarixli hökmü ilə məhkum edilmişdir;

1.6. Demir Mehmet, 1990-cı ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2025-ci il 19 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

1.7. Əliyev Maarif Eldar oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 iyul tarixli hökmü ilə məhkum edilmişdir;

1.8. Kərimov Sahil Aqil oğlu, 2004-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir;

1.9. Qasımov Rəfail Güloğlan oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 13 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

1.10. Mikhayılov Kirill Vladimiroviç, 1980-ci ildə anadan olmuş, Rusiya Federasiyasının və İsrail Dövlətinin vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2024-cü il 12 dekabr tarixli hökmü ilə məhkum edilmişdir;

1.11. Muradov Qurban Sultan oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir;

1.12. Musayev Cəlal İlham oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2023-cü il 31 may tarixli hökmü ilə məhkum edilmişdir;

1.13. Özdemir Salih, 1981-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2024-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir;

1.14. Rəhimov İqbal Əliabas oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 26 aprel tarixli hökmü ilə məhkum edilmişdir;

1.15. Rüstəmov Elman Yaşılxan oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 26 avqust tarixli hökmü ilə məhkum edilmişdir;

1.16. Ryan Martin Riçard, 1988-ci ildə anadan olmuş, Fransa Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə məhkum edilmişdir;

1.17. Sabir Sonia, 1995-ci ildə anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;

1.18. Süleymanov Sürət Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli hökmü ilə məhkum edilmişdir;

1.19. Süleymanzadə İlqar Vüqar oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2022-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

2. İmişli Rayon Məhkəməsinin 2026-cı il 10 mart tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Dadaşov Əziz İman oğlu cəzasının çəkilməmiş hissəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki