image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq: Diplomatların azad edilmiş ərazilərə səfəri erməniləri buna görə qorxuya salıb

image-ads-728x90

“Son bir neçə gün Ermənistanın əsas media resurslarının məzmununu, eləcə də özlərini iqtidaryönlü, müxalifətçi, müstəqil, revanşist və ya “sülhməramlı” kimi təqdim edən siyasi xadimlərin, ekspertlərin və jurnalistlərin sosial şəbəkələrdəki çıxışlarını monitorinq etməyə imkan verdi. Reaksiya son dərəcə coşğun, miqyaslı, toptancı və eyni tezislərə söykənən idi. Bu, yaxşı təşkil olunmuş vahid kampaniyanın bütün tərkib hissələrini özündə əks etdirirdi”.

Bunu politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Ermənistanda müxtəlif siyasi və ictimai çevrələrin eyni mövqedən çıxış etməsi əvvəlki dövrlərdə də müşahidə olunub:

“Analoji mənzərə 2023-cü ildə, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun ləğvi ideyasını irəli sürdüyü dövrdə də müşahidə olunmuşdu. Həmin vaxt Ermənistan cəmiyyəti, diaspor və hakimiyyət bu prosesə müqavimət göstərmək üçün vahid mövqedən çıxış edirdi. Azərbaycan üçün ATƏT-in Minsk Qrupunun ləğvinə münasibət ərazi bütövlüyünə münasibətin göstəricisi (markeri) idi. Bu mərhələ yalnız 2025-ci ilin sonlarına doğru dəf olundu”.

Arzuman Muradlı hazırda Ermənistanda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının azad edilmiş ərazilərə səfərləri ilə bağlı müşahidə olunan reaksiyalara da toxunub.

Onun sözlərinə görə, diplomatik korpusun Azərbaycanın azad edilmiş ərazilərinə səfərləri bundan sonra da davam edəcək:

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusa kənar təzyiqlər yolverilməzdir. Diplomatik korpusun azad edilmiş ərazilərə səfərləri olub, var və bundan sonra da olacaq. Bu, Azərbaycanın suveren hüququdur və heç bir halda müzakirə mövzusu ola bilməz. Səfərin forması, keçirilən tədbirlər və ekskursiyalar hər hansı mübahisə və ya narazılıq üçün əsas təşkil edə bilməz”.

Politoloq bildirib ki, Ermənistanda səfərlərdə iştirak edən ölkələrin nümayəndələrinə qarşı təzyiq kampaniyasının başladıldığı barədə məlumatlar var.

“Rəsmi şikayətlərin tərtib olunması çağırışları ilə yanaşı, Ermənistanın bəzi diplomatları tərəfindən ayrı-ayrı diplomatlara şifahi təzyiqlərin edildiyi barədə də siqnallar var”, – deyə Arzuman Muradlı vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki