image-1backend

Moskva İrəvana sərt mesaj göndərdi: “Ermənistan təhlükəli Avropa avantürasına cəlb olunur”

image-ads-728x90

Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətini yenidən sərt şəkildə tənqid edib.

Korrekt.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Məsələləri Departamentinin direktoru Vladislav Maslennikov bildirib ki, Ermənistanın gələcək inkişaf istiqaməti ilə bağlı yekun qərar ölkə vətəndaşlarının ixtiyarındadır.

Maslennikov RİA Novosti-yə müsahibəsində Ermənistan cəmiyyətinin Avropa İttifaqı ilə yaxınlaşmanın mümkün risklərini obyektiv şəkildə qiymətləndirəcəyinə ümid etdiyini deyib.

“Ölkənin inkişaf vektorunun son seçimi istənilən halda Ermənistan vətəndaşlarının ixtiyarındadır. Bu baxımdan, inanmaq istəyirəm ki, onlar hazırda cəlb olunduqları ‘Avropa inteqrasiyası’ avantürasının təhlükəsini obyektiv şəkildə qiymətləndirə biləcəklər”, – deyə rusiyalı diplomat bildirib.

Maslennikovun açıqlaması Moskvanın İrəvanın xarici siyasət kursu, xüsusilə də Avropa İttifaqı ilə yaxınlaşması ilə bağlı narahatlığını bir daha ortaya qoyur.

Rusiya rəsmisi bununla yanaşı, Ermənistanın gələcək inkişaf vektorunun seçilməsinin məhz erməni xalqının qərarı olduğunu vurğulayıb.

Moskva ilə İrəvan arasında son dövrlərdə Ermənistanın xarici siyasət istiqaməti, Rusiya ilə münasibətləri və Qərblə yaxınlaşması məsələlərində fikir ayrılıqları daha da nəzərə çarpır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki