CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, BMT Baş Assambleyasının 81-ci sessiyası zamanı İran prezidenti Məsud Pezeşkianın təhlükəsizliyini ABŞ Gizli Xidməti təmin edəcək.
İran nümayəndə heyətinin digər üzvlərinin mühafizəsinə isə ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti cavabdeh olacaq.
Təhlükəsizlik tədbirlərinə federal hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosu, polis detektivləri və magistral yol patrul xidmətinin əməkdaşları da cəlb ediləcək.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, İran rəsmilərinə ölkəyə giriş icazəsi yalnız BMT-də İranı təmsil etmək məqsədilə verilib. Onların fəaliyyətinin BMT ilə bağlı məsələlərlə məhdudlaşdırılmalı olduğu qeyd edilib.





















