Bu gün səhər saat 07:00 radələrində İrəvanın “Zvartnots” beynəlxalq hava limanından Bakıya təyyarə reysi həyata keçirilib. Təyyarə uçuşdan təxminən 50 dəqiqə sonra Bakıya eniş edib. Məlumata görə, həmin təyyarənin bu gün saat 21:40-da geri qayıtması gözlənilir.
Korrekt.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Təyyarədə rəsmi nümayəndə heyətinin olub-olmaması ilə bağlı verilən sorğuya cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyindən “Factor.am” saytına bildirilib ki, nazirlikdən heç bir nümayəndə heyəti Bakıya getməyib.
Eyni zamanda, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi də onun rəhbərlik etdiyi hər hansı nümayəndə heyətinin bu reyslə Bakıya səfər etmədiyini təsdiqləyib.





















