image-1backend

SON DƏQİQƏ! Tanınmış baş həkimin müavini bıçaqlandı

image-ads-728x90

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Onu da bildirək ki, Orxan Ənvərli 2026-cı ilin yayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasın baş həkimin müavini təyin edilib.//Report



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki