image-1backend

Tahir Budaqovun səlahiyyətlərini bu şəxs icra edir

image-ads-728x90

Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən şəxsin kimliyi məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hazırda quruma komitə sədrinin birinci müavini Vahab Məmmədov rəhbərlik edir.

O, sədr səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirir.

Qeyd edək ki, V.Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub.

O, 2016-cı il fevralın 3-də Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 9-da imzaladığı sərəncama əsasən, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki