TƏBİB-də aparılan kadr islahatları və struktur dəyişiklikləri fonunda diqqətçəkən hadisələr baş verir. Qurumun yeni rəhbəri Anar Bayramovun struktur daxilində başladığı islahatlar, bütün baş həkimlərdən işdən azad olunmaları ilə bağlı ərizələrin tələb edilməsi qurum daxilində qalmaqala səbəb olub.
İddia edilir ki, bəzi baş həkimlər bu ərizəni yazmaqdan imtina edib. Tələbə tabe olmayanlardan biri də Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin Azər oğlu İbrahimovdur.
Korrekt.az Vətəninfo.az-a istinadən xəbər verir ki, Anar Bayramovun təzyiqlərinə baxmayaraq, Elçin İbrahimov ərizə yazmaqdan qəti şəkildə imtina edib.
Baş həkim mövqeyini açıq şəkildə ortaya qoyaraq özünə tam güvəndiyini nümayiş etdirib.
Sayt yazır ki, Elçin İbrahimov bildirib ki, rəhbərlik etdiyi xəstəxanada istənilən audit yoxlaması aparıla bilər. Lakin o ərizə yazmayacaq və gördüyü işin təmizliyinə əmindi.





















