image-1backend

Təcili Tibbi Yardım Mərkəzində kütləvi ixtisar: Yeni rəhbər işçilərə ərizə yazdırır-FOTO

image-ads-728x90

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yaxın saatlarda təyinat olacaq.

Korrekt.az xəbər verir ki, TƏBİB-in tabeliyində olan sözügedən quruma Kravçenko Teymur Adıleviç rəhbər gətiriləcək.
Məlumatda bildirilir ki, Kravçenko artıq üç gündür işə çıxır. Təyinatı isə bu gün rəsmiləşdiriləcək.
Qeyd edilir ki, sözügedən şəxs TTYM-də çalışan bütün işçilərə göstəriş verib ki, özləri ərizələrini yazaraq, könüllü olaraq işdən ayrılsınlar. Bunu isə özünün komandasını iş başına gətirəcəyi ilə əsaslandırıb.
Tribuna.az-a bildirilir ki, Kravçenko işdən çıxmayanları hədələməkdən də çəkinməyib. Belə ki, onlar işdən çıxmayacaqları təqdirdə, “köhnə məsələləri” qaldıracağını, onlarla bağlı “qanuni” tədbir görəcəyini deyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki