NBC News-un verdiyi məlumata görə, Prezident Donald Tramp Şimali Dakotada Teodor Ruzvelt Prezident Kitabxanasının açılışında çıxış edərək, onun tarixdəki rolunu, xüsusən də Panama kanalının tikintisinin tamamlanmasında rolunu yüksək qiymətləndirdiyini bildirib.
Korrekt.az xəbər verir ki, Tramp Çinin Panama kanalına nəzarəti ələ keçirməyə çalışdığını qeyd etdi və əlavə etdi ki, ABŞ “bunun baş verməsinə icazə verməyəcək”.
“İndi Çin Panama kanalını ələ keçirməyə çalışır və biz buna imkan verməyəcəyik. Bu, ssenarinin bir hissəsi deyildi, çünki mənim əslində ssenarim yoxdur”, – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin yeni kitabxanada Teodor Ruzveltin süni intellekt holoqramı ilə “söhbət etdiyini” bildirib.
Tramp yenidən seçildikdən sonra Panama Kanalı mövzusunu dəfələrlə qaldırıb, o cümlədən kanal üzərində nəzarəti təmin etmək üçün güc tətbiqinin mümkünlüyü barədə açıqlamalar verib.
Çıxışı zamanı o, həmçinin ABŞ-ın İran və Venesueladakı hərbi əməliyyatları mövzularına toxunaraq onları Panama kanalının tarixi ilə müqayisə etdi.





















