image-1backend

Tramp: “Hörmüzü açsaq iranlılar gündə beş yüz milyon dollar qazanacaqlar”

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ İranda müəyyən edilmiş hədəflərin təxminən 75 faizinə çatıb.

Korrekt.az xəbər verir ki, o, bu barədə Ağ evdə – Oval kabinetdə jurnalistlərə açıqlamasında danışıb.

Tramp bildirib ki, ABŞ tərəfindən Hörmüz boğazı üzərində tətbiq olunan blokada İran iqtisadiyyatına ciddi təsir göstərir:

“Biz hədəflərimizin təxminən 75 faizinə nail olmuşuq. Məqsədə bir qədər tez çatmağı dayandırdıq, çünki onlar müəyyən sülh istəyirlər və bizdə 100 faiz effektiv olan blokada var. Onlar heç bir biznes fəaliyyəti həyata keçirə bilmirlər. İqtisadi və maliyyə baxımından vəziyyətləri yaxşı deyil. Hörmüz boğazı artıq bağlanıb. Boğaz üzərində tam nəzarətimiz var. İranlılar yanıma gəlib boğazı açmağa razı olacaqlarını dedilər və bütün işçilərim xoşbəxt idi, məndən başqa hamı xoşbəxt idi. Dedim ki, bir dəqiqə gözləyin. Boğazı açsaq, bu o deməkdir ki, onlar gündə beş yüz milyon dollar qazanacaqlar. Bu məsələ həll olunana qədər onların gündə beş yüz milyon dollar qazanmasını istəmirəm. Ona görə də boğazı yenidən bağlayan mən idim”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, İran sülh razılaşmasına razılaşmasa, ABŞ münaqişəni hərbi yolla başa çatdıracaq:

“Hazırda biz sadəcə izləyirik ki, hansı razılaşmaya gələcəklər. Əgər razılaşmaq istəməsələr, qalan 25 faizlik hədəfləri hərbi yolla tamamlayacağam. Ümumilikdə nail olmaq istədiyimiz hədəflərin təxminən 75 faizinə çatmışıq”, – deyə ABŞ prezidenti əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki