image-936357_srcbackend

Tramp: “İranda yeni lider axtarmağın vaxtıdır”

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.

Korrekt.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Tramp yayımladığı açıqlamada “İranda yeni lider axtarmağın vaxtının çatdığını” bildirib.

ABŞ prezidenti İranın Ali Lideri Əli Xameneiyə müraciət edərək onu “xəstə adam” adlandırıb və ölkəni tamamilə məhv etməkdə ittiham edib. Trampın sözlərinə görə, mövcud hökumətin siyasəti İranı “dünyanın ən pis yaşamaq yerlərindən birinə” çevirib.

O iddia edib ki, İran rəhbərliyi hakimiyyəti qorumaq məqsədilə görünməmiş miqyasda zorakılıqdan istifadə edir və daxili etirazları amansız şəkildə yatırır.

Çıxışında Tramp İran elitasını əhaliyə qarşı güc tətbiq etməkdən imtina etməyə çağırıb. ABŞ prezidentinin fikrincə, ölkə rəhbərliyi zorakılıq əvəzinə, “effektiv idarəetmə modeli” quraraq İranın düzgün və məsuliyyətli şəkildə idarə olunmasına diqqət yetirməlidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki