image-1backend

Tramp: “Mən pedofil deyiləm”

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp şənbə günü Vaşinqtonda  Hilton otelində atışma törədən Kol Tomas Allenin “manifestinə” cavab verib. Amerika liderinin özü həmin vaxt binada olub. Hücumdan əvvəl Allen ailəsinə təxminən 1100 sözdən ibarət mesaj göndərib və media bunu “manifest” adlandırıb. Mətndə aşağıdakı sətirlər var: “Artıq pedofil, təcavüzkar və xainin cinayətləri ilə əllərimi çirkləndirməsinə icazə verməyəcəyəm” (milyarder pedofil Ceffri Epşteynlə əlaqədə ittiham olunan Trampa aiddir).

Korrekt.az xəbər verir ki, Allenin bu açıqlamasına münasibəti ilə bağlı jurnalistin sualını cavablandıran Tramp deyib:

“Bunu oxumağınızı gözləyirdim, çünki bilirdim ki, oxuyacaqsınız. Çünki siz dəhşətli insanlarsınız. Tamamilə dəhşətli insanlar. Bəli, o bunu yazıb. Amma mən… Mən təcavüzkar deyiləm. Heç kimə təcavüz etməmişəm. Mən pedofil deyiləm. Çox üzr istəyirəm, amma mən pedofil deyiləm. Hansısa xəstə insanın yazdığı bu cəfəngiyyatı oxumusunuzmu? Məni hər şeyə sürükləyirlər, baxmayaraq ki, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Mən tamamilə bəraət qazandım. Epşteyn işlərində və bütün bunlarda iştirak edənlər barrikadaların o biri tərəfindəki dostlarınız idi. Amma öz-özümə dedim: “Bilirsən, mən bu müsahibəni verəcəyəm”. Manifesti oxudum. Bilirsiniz ki, Kol Tomas Allen xəstə insandır. Bunu sitat gətirdiyiniz üçün özünüzdən utanmalısınız, çünki mən belə deyiləm”, – deyə ABŞ prezidenti bildirib.

Aparıcı mövzunu davam etdirməyə çalışanda Tramp sözünü kəsdi: “Bunu ’60 dəqiqə’ verilişində oxumamalıydın. Sən rüsvayçısan. Amma davam et. Müsahibəni bitirək.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki