image-1backend

Tramp Mərkəzi Asiyaya yol açır: Özbəkistana səfər planı açıqlanıb

image-ads-728x90

ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfər etmək niyyətində olduğu açıqlanıb.

Korrekt.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə xüsusi elçisi Paolo Zampolli məlumat verib.

Zampollinin sözlərinə görə, Tramp ona Özbəkistana səfər etmək istədiyini bildirib. Lakin ABŞ prezidentinin sıx iş qrafiki səfərin tarixinin müəyyənləşdirilməsini çətinləşdirir.

“Bilirəm ki, o, Özbəkistana gəlmək istəyir. Prezidentin qrafiki olduqca sıxdır. Amma o, mənə Özbəkistana səfər etmək niyyəti barədə danışdı. Ümid edirik ki, bu səfər mümkün qədər tez baş tutacaq”, – deyə Zampolli bildirib.

Xüsusi elçi əlavə edib ki, Trampın Özbəkistana səfərinin təşkili məsələsini daim gündəmdə saxlayır və bunun baş tutması üçün çalışır.

Səfərin konkret tarixi barədə isə hələlik məlumat verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki