image-1backend

Tramp Oval Ofisdə Ruttenin sözünü kəsdi: “Onlar bunu dəstəkləmədilər”

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Oval Ofisdə keçirdiyi görüş zamanı İranla bağlı müzakirələrdə sərt mövqe nümayiş etdirib.

Korrekt.az xəbər verir ki, Rutte çıxışında Trampın İranın nüvə proqramının məhdudlaşdırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirərək, onu “azad dünyanın lideri” adlandırıb. O, həmçinin NATO ölkələrinin müdafiə xərclərini artırmasını ABŞ prezidentinin siyasətinin nəticəsi kimi təqdim edib.

Görüş zamanı NATO-nun baş katibi İranla qarşıdurma dövründə ABŞ-ın Avropalı müttəfiqlərindən kifayət qədər dəstək alıb-almadığı məsələsinə də toxunub.

“Bilirəm ki, Avropadakı müttəfiqlərinizdən kifayət qədər dəstək alıb-almadığınız barədə müzakirələr gedir”, – deyə Rutte bildirib.

Lakin Tramp onun sözünü kəsərək qısa şəkildə cavab verib:

“Onlar bunu dəstəkləmədilər.”

Bundan sonra Rutte ABŞ-ın müttəfiqlərinin Vaşinqtona ciddi dəstək göstərdiyini vurğulamağa çalışıb. Onun sözlərinə görə, müharibə dövründə minlərlə Amerika hərbi təyyarəsi Avropadakı bazalardan fəaliyyət göstərib və NATO ölkələrinin əksəriyyəti ABŞ-ın yanında olub.

Ancaq Tramp bu fikirlərlə razılaşmadığını bildirib. ABŞ prezidenti xüsusilə İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və İspaniyanın mövqeyindən narazı qaldığını qeyd edib. O, bəzi ölkələrin hərbi bazalara çıxış məsələsində tərəddüd etdiyini, bəzilərinin isə Vaşinqtonun addımlarını açıq şəkildə tənqid etdiyini vurğulayıb.

Söhbətin gərgin tonunu yumşaltmağa çalışan Rutte Trampa Kanada və Avropa müttəfiqlərinin müdafiə xərclərindəki artımı əks etdirən “Tramp Trilyonu” və “Tramp 47 Effekti” adlı cədvəllər təqdim edib. Lakin bu da ABŞ prezidentinin mövqeyini dəyişməyib.

“Dünyanın ən güclü ordusuna sahibik. Bizə onların pulu lazım deyil. Mən sadəcə onların sədaqətini istəyirəm”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq Türkiyədə keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırdığını açıqlayıb. Tramp eyni zamanda Polşanın mövqeyini müsbət qiymətləndirdiyini də qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki