image-1backend

Tüklü ayaqlardan günəş yanıqlarına: Kişilərə ofisə şortla gəlməyə icazə verilməsi yapon qadınlarının narazılığına səbəb olub

image-ads-728x90

Yaponiyada Zara şirkətinin kişi əməkdaşlarına yay istisində ofisə şort geyinərək gəlməyə icazə verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Korrekt.az yerli mediaya istinadən xəbər verir ki, bir çox qadın bu qərarı tənqid edərək bildirib ki, bəzi kişilər ayaq tüklərinə kifayət qədər qulluq etmədiyi üçün bu görüntü estetik baxımdan xoş deyil.

Digər istifadəçilər isə qeyd ediblər ki, məsələ təkcə ayaq tükləri deyil. Onların fikrincə, ofisdə şort geyinmək işgüzar mühitin ciddiliyinə uyğun gəlmir. Bəziləri isə əksinə, havanın həddindən artıq isti olduğu günlərdə həm qadınların, həm də kişilərin daha rahat geyim seçə bilməsini normal hesab edib.

Müzakirələr zamanı başqa bir mövzu da gündəmə gəlib. Bəzi qadınlar bildiriblər ki, kişilər şort geyindikdə günəşdən qoruyucu krem çəkməyə kifayət qədər diqqət yetirmirlər və bu da günəş yanıqlarına səbəb ola bilər.

Bununla yanaşı, “Zara”nın qərarını dəstəkləyənlər hesab edirlər ki, rekord istilərin müşahidə olunduğu dövrdə işçilərin rahatlığını təmin etmək daha vacibdir və geyim qaydaları hava şəraitinə uyğunlaşdırılmalıdır. Bu müzakirələr bir daha göstərib ki, iş yerlərində geyim etiketi ilə bağlı cəmiyyətin baxışları hələ də fərqlidir.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki