Yaxın Şərqdə davam edən hərbi gərginlik qlobal turizm bazarında qiymət artımına səbəb olur.
Korrekt.az xəbər verir ki, yazın sonuna qədər regiona alternativ sayılan məşhur istirahət istiqamətlərində qiymətlərin 15–20 faiz artacağı gözlənilir.
Maliyyə bazarı üzrə ekspert Andrey Barxotanın sözlərinə görə, bahalaşma ilk növbədə Vyetnam, Çin, Malayziya və Tayland kimi Asiya ölkələrinə, eləcə də Şimali Afrikanın Tunis və Mərakeş kimi turizm mərkəzlərinə təsir göstərəcək.
Ekspert qeyd edir ki, turistlər artıq ənənəvi olaraq təhlükəsiz sayılan istiqamətlərə də daha ehtiyatla yanaşırlar. Onun fikrincə, bəzi səyyahlar alternativ marşrut seçərkən belə yeni hərbi risklərin yaranacağından narahat olur. Məsələn, Çinə səfər planlaşdıran turistlər arasında Tayvan ətrafında mümkün gərginliklə bağlı suallar yaranır.
Bununla yanaşı, “hərbi münaqişələr fenomeni” fonunda bazarda fərqli tendensiyalar da müşahidə oluna bilər. Belə ki, bəzi aviaşirkətlərin turist axınını saxlamaq üçün çarter reyslərinə endirim tətbiq etməsi və sərnişinləri cəlb etmək məqsədilə daha ucuz biletlər təklif etməsi ehtimal olunur.





















