image-1backend

Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb 

image-ads-728x90

Türkiyə bayrağına qarşı törədilən təxribatla bağlı 14 nəfər saxlanılıb. Korrekt.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Nazir bildirib ki, dövlət bayrağına qarşı həyata keçirilən bu qanunsuz hərəkətlə bağlı istintaq davam etdirilir və hadisənin bütün təfərrüatları araşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, bayrağa qarşı edilən hücum heç bir halda cavabsız qalmayacaq.

“Bayrağımıza uzanan çirkli əlləri mütləq tapacağıq və bu xainləri məsuliyyətə cəlb edəcəyik. Milli Müdafiə və Ədliyyə nazirliklərimiz lazımi araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində səhlənkarlıq edən və ya günahkar olan hər kəs barəsində müvafiq tədbirlər görüləcək”, – deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, hadisə Mardinin Nusaybin rayonunda baş verib. Belə ki, ötən gün bir qrup şəxs sərhəd xəttində yerləşən Türkiyə bayrağını endirib. Təxribatın Suriyanın qarşı tərəfindəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verdiyi bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki