image-1backend

Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib

image-ads-728x90

Bu ilin ikinci rübündə Gürcüstan ərazisindən xaricə gedən 572 min Gürcüstan vətəndaşı qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.
Gürcüstan Statistika Xidmətinin məlumatlarına görə , xaricə gedən Gürcüstan vətəndaşlarının 388,7 min nəfəri turist kimi səfər edib.
Məlumatda bildirilir ki, səfərlərin əksəriyyəti Türkiyəyə və Ermənistana edilib. Bu ilin ikinci rübündə Türkiyəyə 195,6 min (34,2%), Ermənistana isə 109,8 min (19,2%) Gürcüstan vətəndaşı gedib.
Bundan başqa, hesabat dövründə 112,7 min nəfər (19,7%) Avropa İttifaqı ölkələrinə, 82,9 min nəfər (14,5%) Rusiyaya, 9,7 min nəfər (1,7%) Azərbaycana səfər edib.Yeniavaz.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki