Korrekt.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə,bu gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krımda Hvardiyske hava limanına güclü zərbə endirib.
“Gvardiyske aerodromu Krım yarımadasında Rusiya Federasiyasının əsas hərbi hava limanlarından biridir. O, əməliyyat-taktiki və dəniz təyyarələrinin bazalaşdırılması üçün, döyüş uçuşları, logistika və aviasiya avadanlıqlarının texniki xidməti üçün istifadə olunur,” -Telegram mesajında deyilir.





















