Azadmedia.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 384 268,18 manat olsa da, qalib şirkətin təklifi bunun təxminən yarısı həcmində olub. Müsabiqə 24 aprel 2026-cı ildə elan edilib, təkliflər paketi 18 mayda açılıb.
Qeyd edək ki, Vaqif Poeziya Günləri Azərbaycanın ən nüfuzlu ədəbi-mədəni layihələrindən biridir və hər il Şuşada təşkil olunur. Tədbir ilk dəfə 1982-ci ildə keçirilib, işğaldan azad olunan Şuşada isə yenidən bərpa edilib.
Diqqət çəkən məqamlardan biri odur ki, “ADMEDİA.AZ” MMC son illər dövlət qurumlarının iri məbləğli tədbir və kommunikasiya tenderlərinin ən çox qalib gələn şirkətlərindən biri kimi tanınır.
Belə ki, şirkət bu il:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təxminən 1,97 milyon manatlıq tədbirlər tenderinin;
Bakı Slavyan Universitetinin 280 min manatdan çox dəyərində satınalmasının;
İllərdir Bakı Dövlət Universitetinin 156 min manata yaxın “Məzun günü” tenderinin;
“İnnovasiyalar Mərkəzi” MMC – innovasiya ekosistemi və beynəlxalq təşviqat xidmətləri – 2 729 779 manat tenderinin qalibi olub.
Onlar daha əvvəllər də müxtəlif dövlət qurumlarının milyonlarla manatlıq tədbir və PR layihələrini qazanıb.
Açıq dövlət reyestrinə əsasən şirkətin nizamnamə kapitalı cəmi 1000 manatdır. Buna baxmayaraq, son illərdə milyonlarla manat dəyərində dövlət sifarişlərinin qalibi olması ictimai müzakirələrə səbəb olub.





















