image-15d1fd74e9fae9fc77a15f0960c5a3b3backend

Vəzifəli şəxs həbs EDİLDİ: 24 milyon manata görə…

image-ads-728x90

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatının inkişafına yönəldiləcəyi bəhanəsi ilə dövlətə məxsus “Aqrarkredit” (Bank Olmayan Kredit Təşkilatı) QSC-dən 100 milyon manatdan artıq kredit götürən sahibkarların cinayət əməlini ifşa etməkdə davam edir.

Korrekt.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün həmin iş üzrə daha bir vəzifəli şəxs həbs edilib.

Yaqubov Vüqar Hacı oğlu “Aqrarkredit”də Kreditlərin təşkili və idarə edilməsi departamentinin müdiri işləyib. İttihama görə, o, bir qrup sahibkarla əlbir olaraq 24 milyon manat pul vəsaitini kredit rəsmiləşdirilməsi adı ilə ələ keçirib. Həmin pullar da kənd təsərrüfatı fəaliyyətinə deyil, şəxsi ehtiyaclar və digər məqsədlərə xərclənib.

Vüqar Yaqubova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlətə dəymiş ziyan ödənilmədiyi halda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən şəxsi 10 ildən 15 ilə kimi həbs cəzası gözləyir.

Hazırda bu cinayət işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş ibtidai istintaq hərəkətləri aparılır. Dövlətə ziyan vurulmasında iştirak edən şəxslərin sayının daha çox olduğu istisna edilmir.

Qeyd edək ki, Vüqar Yaqubovun dələduzluq əməlləri 2019-2025-ci illəri əhatə edir. O, 2025-ci ilə kimi sözügedən qurumda vəzifədə olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki