image-1backend

Xameneyi zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan etdi

image-ads-728x90

“Reuters” İran rəsmilərinə istinadla xəbər verir ki, ali rəhbər Müctəba Xameneyi zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını qadağan edib.

Korrekt.az xəbər verir ki, mənbələrdən birinin sözlərinə görə, “ali liderin göstərişi və hakimiyyət daxilində formalaşmış konsensus uran ehtiyatlarının ölkə xaricinə göndərilməməsidir”. Bildirilir ki, bu qərar Tehranın ABŞ ilə mümkün danışıqlarda mövqeyini daha da sərtləşdirir.

Reuters yazır ki, Vaşinqtonun əsas tələblərindən biri İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması idi. Ancaq Donald Trampın dəfələrlə hərbi əməliyyatlarla bağlı təhdidlərindən sonra Tehranın mövqeyinin dəyişdiyi iddia olunur.

Məlumata görə, İran tərəfi alternativ variant kimi Atom Enerjisi üzrə Beyəlxalq Agentliyin (AEBA) nəzarəti altında uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması imkanını nəzərdən keçirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki