Korrekt.az xəbər verir ki, “Barselona”nın keçmiş baş məşqçisi Xavi Argentina millisinin dünya çempionu Lionel Messinin 2023-cü ildə Kataloniya klubuna qayıtmasına nəyin mane olduğunu açıqlayıb.
“2023-cü ilin yanvar ayında Messi ilə əlaqə saxladıq və o, mənə geri qayıtmaq istədiyini dedi. Mart ayına qədər danışdıq. Futbol baxımından onu heyətdə gördüm.
Messinin qayıdışı üçün hər şey hazır idi, amma klub prezidenti Laporta buna son qoydu. Onun transferi əslində razılaşdırıldı, amma Laporta hər şeyə son qoydu.
Sport.es saytı Xavinin sözlərini sitat gətirib: “Laporta mənə dedi ki, Messi qayıtsa, ona qarşı müharibə başlayacaq. Bundan sonra Leo klubdan mənfi cavab aldığı üçün zənglərimə cavab vermədi”.
Messi 2023-cü ildə Amerikanın “İnter Mayami” klubu ilə müqavilə imzalayıb.





















