image-1backend

Yaddaş Maarifçi Gənclər İctimai Birliyi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

image-ads-728x90

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib. Ziyarətdə iştirak edən Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin nümayəndələri 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.

Ziyarət zamanı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi dərin ehtiramla anılıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın bir sıra bölgələrində törətdiyi qanlı hadisələr xalqımızın yaddaşına faciə ilə yanaşı, milli iradənin və azadlıq mübarizəsinin rəmzi kimi həkk olunub. Həmin gecə dinc əhaliyə qarşı törədilən zorakılıqlar Azərbaycan xalqının müstəqillik əzmini sarsıda bilməyib.

Yaddaş Maarifçi Gənclər İctimai Birliyi milli yaddaşın qorunmasını, tarixi həqiqətlərin gənc nəslə çatdırılmasını və vətənpərvərlik dəyərlərinin təbliğini fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Bu cür ziyarətlər şəhidlərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki