Yaddaş Maarifçi Gənclər İctimai Birliyində yeni sədr seçkiləri keçirilib. Birliyin İdarə Heyətinin iclasında təşkilati məsələlər müzakirə olunub və keçirilən səsvermənin nəticəsinə əsasən, Rəna Süleymanlı yekdil qərarla təşkilatın yeni sədri seçilib.
İdarə Heyətinin iclasında təşkilatın gələcək fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi, yeni layihələrin hazırlanması və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq imkanlarının artırılması məsələlərinə diqqət yetirilib.
İdarə Heyətinin üzvləri Rəna Süleymanlının sədrliyə namizədliyini dəstəkləyərək onun yekdil qərarla bu vəzifəyə seçilməsinə razılıq veriblər.
Rəna Süleymanlının sədr seçilməsi Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin gələcək fəaliyyətinin təşkili, yeni təşəbbüslərin həyata keçirilməsi və təşkilatın institusional inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Yaddaş Maarifçi Gənclər İctimai Birliyi maarifləndirmə, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği və ictimai fəallığın artırılması istiqamətlərində fəaliyyət göstərir. Təşkilat gələcək dövrdə də fəaliyyət istiqamətlərini genişləndirməyi, yeni layihələr həyata keçirməyi və cəmiyyətə fayda verən təşəbbüslərlə çıxış etməyi hədəfləyir.





















