Ermənistanın iki ildən artıqdır üzvlük haqqını ödəməməsi səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəmə gələ bilər.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, məsələ gələn həftənin əvvəlində KTMT çərçivəsində müzakirə oluna və müvafiq qərar qəbul edilə bilər.
“Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmir. Buna görə də üzvlük haqqı ödənilənədək onun təşkilatda iştirakının müvəqqəti dayandırılması, daha dəqiq desək, səsvermə hüququndan məhrum edilməsi barədə qərarın müzakirə olunması və qəbul edilməsi tamamilə mümkündür. Bu, qanunvericilikdə nəzərdə tutulan sırf texniki məsələdir”, – deyə Pankin bildirib.





















