image-625111aae4e3a7c793b50cb1dc472a1ebackend

Ərdoğanın Bakı səfəri kimləri narahat edəcək? – Generaldan sərt mesaj

image-ads-728x90

“Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Türk millətinin son zəfəri, Azərbaycan tarixinin isə ən şanlı qələbəsi olan Qarabağ Zəfərinin ildönümü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu, bizim üçün son dərəcə sevindirici xəbərdir”.

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

“Eyni millətin övladları olan, sevinci və kədəri bir olan, tarixi köklərdən ortaq gələcəyə doğru addımlayan iki dövlətin belə əlamətdar günlərdə bir-birinin yanında olması, həmin qüruru, şərəfi və zəfər sevincini birlikdə yaşaması qardaşlıq borcudur.

Bu münasibətlə Qarabağ Zəfərinin qazanılması uğrunda canlarını fəda edən şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anır, qazilərimizə təşəkkürümü bildirirəm”, – deyə, türkiyəli general qeyd edib.

Yücel Karauz hesab edir ki, Ərdoğanın Azərbaycana səfəri son bir ay ərzində iki ölkə arasında qarşıdurma yaratmağa çalışan qüvvələrin cəhdlərinə də cavab olacaq:

“Bu səfər eyni zamanda son bir ay ərzində Türkiyə ilə Azərbaycan arasında qarşıdurma yaratmağa çalışan daxili və xarici mərkəzlərin cəhdlərinə verilmiş tutarlı cavab, onların üzünə çırpılmış bir şamardır. Çünki cənab Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin hər fürsətdə vurğuladıqları kimi, bizim münasibətlərimiz sadəcə dostluq və müttəfiqlikdən ibarət deyil. Bu münasibətlər ortaq tarixə söykənən, kökləri dərinlərə uzanan sarsılmaz qardaşlıq bağlarıdır.

Bu səfər dostlarımıza güvən verəcək, düşmənlərimizə qorxu salacaq, imperialist qüvvələrin və xarici mərkəzlərin qurmağa çalışdığı oyunları pozacaq.

Bu baxımdan, səfərin əhəmiyyəti yalnız Zəfər tədbirlərində iştirak etməklə məhdudlaşmır. Bu, həm Azərbaycana, həm Türk dünyasına, həm də təhdid və risklərin getdikcə artdığı bugünkü dünyaya verilən mühüm mesajdır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki