Korrekt.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, vaxtilə təmir işlərinə görə bina bir neçə il bağlı qalıb:
“Axı keçmiş Rusiya Şimal Bankının binasında aparılan əsaslı bərpa işlərinin başa çatmasından cəmi bir neçə il keçib! Bu işlərə görə bina bir neçə il bağlı qalmışdı! 2019-2022-ci illərdə genişmiqyaslı işlər görülmüşdü, yəqin ki, 10-15 milyon, bəlkə də daha çox vəsait xərclənmişdi. Budur nəticə: tavandan artıq su sızır!
Görünür, bərpaçılar vəsaitin “mənimsənilməsi” prosesində tarixi binanın damının keyfiyyətli hidroizolyasiyası kimi “əhəmiyyətsiz” bir detalı unudublar.

Bəlkə də materiallar sadəcə başqa istiqamətə yönəldilib? Yaxud ümumiyyətlə, heç olmayıb? Hər halda, əsas odur ki, vəsait “mənimsənilib” — sifarişçilərin və podratçıların sevincinə. Görülmüş işlərin təhvil-təslim aktları da dəbli qalstuk taxmış sanballı məmurlar tərəfindən imzalanıb. Hamı razıdır. Memarlıq abidəsinin damı isə… dam növbəti bərpaya qədər gözləyər!”“Yeni Sabah”





















