image-1backend

Rusiya Ukraynanın Vinnitsa vilayətində TIR dayanacağına zərbə endirib

image-ads-728x90

Rusiya ordusu Ukraynanın Vinnitsa vilayətində pilotsuz uçuş aparatları (PUA) ilə yük maşınlarının dayanacağına zərbə endirib.

Korrekt.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, zərbə “Geran” tipli dronlarla həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, həmin yük maşınlarından Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının buraxılması, eləcə də hərbi qüvvələrə yanacaq və sursat daşınması üçün istifadə olunub.

Zərbənin nəticələri və mümkün itkilər barədə məlumat verilməyib. Rusiya tərəfinin irəli sürdüyü iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki