image-1backend

Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin nümayəndəsi WUF-13 çərçivəsində QHT Forumunda iştirak edib

image-ads-728x90

“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin nümayəndəsi Rəna Süleymanlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF-13) çərçivəsində keçirilən Qeyri-Hökumət Təşkilatlarının Forumunda iştirak edib.

Mayın 19-da keçirilən forum müxtəlif ölkələri təmsil edən qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirib. Tədbirdə 100-dən artıq ölkədən 800-ə yaxın nümayəndə iştirak edib.

Forumun əsas məqsədi vətəndaş cəmiyyəti institutları arasında təcrübə mübadiləsini təşviq etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və şəhərsalma sahəsində aktual məsələlərin müzakirəsi üçün platforma yaratmaq olub.

Azərbaycanın qeyri-hökumət təşkilatları Bakı Urban Həftəsi çərçivəsində və WUF-13-ə hazırlıq prosesinin ilk günlərindən etibarən fəal iştirak ediblər. Bu çərçivədə təşkil olunan tədbirlər QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verib.

İctimai Birliyin nümayəndəsi Rəna Süleymanlının forumda iştirakı Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin beynəlxalq tədbirlərdə təmsilçiliyi, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi və qlobal müzakirələrdə iştirak baxımından əhəmiyyət daşıyır.

WUF-13 çərçivəsində keçirilən QHT Forumu qeyri-hökumət təşkilatlarına beynəlxalq təcrübə qazanmaq, yeni tərəfdaşlıqlar qurmaq və dayanıqlı şəhər inkişafı istiqamətində fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki