image-3backend

Yasamalda tikinti xaosu: Şərifzadə küçəsində aparılan qanunsuz tikintiləri kim himayə edir?

image-ads-728x90

Bakının Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində aparılan tikinti işləri ilə bağlı narazılıqlar səngimir. Paytaxtın ən intensiv ərazilərindən birində yerləşən küçənin ayrı-ayrı hissələrində aparılan tikintilər ərazinin ümumi görünüşünü dəyişməklə yanaşı, həmin obyektlərin qanuniliyi və tikinti normalarına uyğunluğu ilə bağlı suallar da yaradır.

Maraqlıdır, Şərifzadə küçəsində hazırda aparılan tikinti işlərinə kim nəzarət edir? Obyektlərin tikintisi üçün müvafiq icazələr alınıbmı? Şəhərsalma və tikinti normalarına əməl olunurmu?

Xüsusilə Yasamal Rayon İcra Hakimiyyətinin yaxınlığında aparılan tikinti işlərinin uzun müddətdir davam etməsi diqqət çəkir. Bu baxımdan, rayon rəhbərliyinin və aidiyyəti nəzarət qurumlarının həmin obyektlərdən xəbərdar olub-olmaması sual doğurur.

Yəqin ki, məşhur teatr aktyorumuz, rejissorumuz Abbas Mirzə Şərifzadə sağ olsaydı onun adını daşıyan bu küçənin belə məhv edilməsinə dözməzdi. Maraqlıdır ki, Yasamala rayon icra hakimiyyətinin düz yanında gedən bu tikintilərdən icra başçısı Elşad Həsənovun xəbəri var?. Yəqin ki, bu tikintilər icra başçısının gözündən yayınmazdı. Amma burada tikintilər uzun müddətdir ki, davam edir. Elşad Həsənov yəqin ki, bu tikintiləri görüb, amma nəyə görəsə bu tikintilərin dayandırlmasına qərar verməyib. Sadə vətəndaş öz evində damını təmir etməyə başlayan kimi “gözəgörünməz” bir varlıq kimi peyda olan Yasamal rayon tikintiyə nəzarət edən şəxslər,  nədənsə “İnşaatçılar” metrosunun üzərində gedən bu tikintini görmür.

image-1

Yasamal ASAN xidmət mərkəzinin yaxınlığında daha böyük bir tikinti davam edir. Burada maraqlı suallar ortaya çıxır. Bəlkə 5 mərtəbəli böyük obyekt tikən iş adamına  icra başçısı Elşad Həsənovun gücü çatmır? Və yaxud icra başçısı nəyinsə müqabilində bu tikintilərə göz yumur?…

Bəzi işbazlar məhz Şərifzadə küçəsində sadə vətəndaşların evlərini müxtəlif təzyiqlər etməklə ucuz qiymətə alıb daha hündürmərtəbəli ticarət mərkəzləri tikməsinə kim şərait yaradır.

image-2

Sadə vətəndaşların çoxsaylı şikayətlərinə niyə Yasamal rayonunda baxan yoxdur? Suallarımız çoxdur. Amma bu suallara cavab almaq mümkün deyil….

P.S. Bu faktlarla bağlı Yasamal rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…vətəninfo.az

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki