image-1backend

Yeni mədəniyyət layihəsinə start verilir

image-ads-728x90

2026-cı ilin sentyabr ayında “Mədəniyyət Dalğası” Yaradıcılığın Təşviqi İctimai Birliyinin təşəbbüsü və təşkilatın sədri, Azərbaycan Respublikasının Xalq artisti Nisə Qasımovanın rəhbərliyi ilə Azərbaycan estrada sənətinin inkişafına və yeni istedadların üzə çıxarılmasına həsr olunmuş yeni mədəniyyət layihəsinə start veriləcək.

Layihənin əsas məqsədi estrada ifaçılığı sahəsində istedadlı gənclərin aşkar edilməsi, onların peşəkar yaradıcılıq potensialının inkişaf etdirilməsi, milli musiqi və estrada ənənələrinin qorunaraq yeni nəslə ötürülməsi, həmçinin gənc ifaçıların peşəkar səhnəyə hazırlanmasına dəstək göstərməkdir. Layihə eyni zamanda gənclərin mədəniyyət və incəsənət sahəsinə marağının artırılmasına, yaradıcı məşğulluğun təşviqinə və ölkənin musiqi həyatına yeni istedadların qazandırılmasına xidmət edəcək.

Layihənin ilk mərhələsində estrada sənəti ilə peşəkar şəkildə məşğul olmaq istəyən gənclər üçün açıq seçim (kastinq) elan ediləcək. Məlumatlandırma kampaniyası televiziya, radio, internet informasiya portalları, sosial media platformaları və tərəfdaş təşkilatlar vasitəsilə həyata keçiriləcək. Layihədə iştirak etmək istəyən şəxslər elektron və ya ənənəvi qaydada qeydiyyatdan keçərək müraciət edə biləcəklər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki