image-1backend

Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub -FOTOLAR

image-ads-728x90

29-30 iyul tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna infotur təşkil olunub.

Şəki, Zaqatala və Qax rayonlarını əhatə edən infoturun əsas məqsədi regionun turizm imkanları, mədəni-tarixi irsi, təbii turizm potensialı, yerli turizm obyektləri və müxtəlif turizm məhsulları barədə yerli turizm sənayesi nümayəndələrini məlumatlandırmaq olub.

50-yə yaxın sənaye nümayəndəsinin iştirakı ilə baş tutan infoturda regionun turizm imkanlarının daxili və beynəlxalq təbliğatını aparmaq, turistik səfərlərin təşkil edilməsi və bu sahədə əməkdaşlıqların genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki