image-1backend

Zeki Aktürk: “SDF-nin özünü ləğv etməsi mühüm irəliləyişdir”

image-ads-728x90

Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Zeki Aktürk Suriyada Demokratik Qüvvələrin (SDF) özünü ləğv edərək dövlət qurumlarına inteqrasiya olunmasını mühüm irəliləyiş kimi qiymətləndirib.

Korrekt.az xəbər verir ki, Zeki Aktürk keçirdiyi mətbuat konfransında Suriyadakı son vəziyyətə münasibət bildirib.

O, SDF-nin ləğv olunaraq Suriyanın dövlət strukturlarına inteqrasiya edilməsi istiqamətində atılan addımları məmnunluqla qarşıladıqlarını qeyd edib.

“Bu addım Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, həmçinin ‘tək dövlət, tək ordu’ prinsipinin möhkəmləndirilməsi baxımından mühüm irəliləyişdir”, – deyə Aktürk bildirib.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Suriyada sabitliyin təmin olunmasına dəstək verməyə davam edəcək.

Aktürkün sözlərinə görə, rəsmi Ankara xüsusilə terrorla mübarizə sahəsində Suriya ordusunun imkan və potensialının gücləndirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır.

O bildirib ki, Türkiyə Suriyanın sabitliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasına yönəlmiş prosesləri dəstəkləməyə davam edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki