image-img-20260623-wa0121backend

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü Ağstafada qeyd olunub

image-ads-728x90

Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən hər il 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da qeyd olunub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və ağstafalı dövlət qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, müasir müstəqil Azərbaycan dövlətinin banisinin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Ağstafa RİH başçısı aparatının inzibati binasında davam etdirilən tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Seymur Orucov dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə qəbul olunan Milli Konstitusiya ölkəmizdə dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etmiş, dövlət həyatının bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan vermişdir. Ulu Öndərin müəyyənləşdirdiyi dövlət quruculuğu strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son illərdə dövlət qulluğuna qəbulun şəffaf müsabiqə və müsahibə mexanizimləri əsasında təşkili, etik davranış qaydalarının təkmilləşdirilməsi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi bu sahədə aparılan islahatların mühüm tərkib hissəsidir.

RİH başçısı dövlət qulluğunda fəaliyyətlərində fərqlənən dövlət qulluqçularını Fəxri Fərmanla təltif edib.

image-img-20260623-wa0121image-img-20260623-wa0118image-img-20260623-wa0115image-img-20260623-wa0112image-img-20260623-wa0109



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki