image-eec243eaaee80bc010106fafa179a955backend

40 ildə ilk dəfə baş verdi – Səudiyyədən ABŞ-yə neft axını dayandı – bu səbəbdən

image-ads-728x90

Yaxın Şərqdə gərginləşən vəziyyət dünya neft bazarında ciddi dəyişikliklərə səbəb olub.

Korrekt.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanından ABŞ-yə neft tədarükü son 40 ildə ilk dəfə sıfıra enib.

Səudiyyə Ərəbistanının neft ixracında yaranan çətinliklər Yəmən husiləri ilə münaqişənin kəskinləşməsi və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının bağlanması ilə əlaqələndirilir.

Bu vəziyyət ABŞ-ni alternativ neft mənbələri axtarmağa vadar edib. Mövcud şəraitdən əsas faydalanan ölkələrdən biri isə Venesuela olub.

Məlumata görə, Venesuela iyul ayında ABŞ-yə təxminən 600 min barel neft tədarük edib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki