Gənc qalmağın sirri bəlkə də düşündüyünüzdən daha sadədir.
Korrekt.az xəbər verir ki, alimlər hesab edirlər ki, səhər yeməyini saat 10:00-dan sonra yemək orqanizmdə qocalma prosesini ləngidə bilər.
Bildirilib ki, səhər yeməyinin saat 10:00-dan sonra qəbul edilməsi gecə aclıq müddətini uzadır. Bu isə insulin səviyyəsinin aşağı düşməsinə və maddələr mübadiləsinə düşən yükün azalmasına kömək edir.
Mütəxəssislərin fikrincə, belə qidalanma rejimi xüsusilə gec yatan və oyandıqdan dərhal sonra aclıq hiss etməyən insanlar üçün daha uyğundur.Musavat.com





















