image-seventimes_13c74304def4d610ebc4969151a3359f_xoby7ev1ksu9fnt42rgm-768x403backend

“7Times.az”-ın fəaliyyətə başlamasından 6 il ötür

image-ads-728x90

Bu gün “7Times.az” informasiya agentliyinin media məkanında fəaliyyətə başlamasından 6 il ötür.

6 il əvvəl fəaliyyətə başlayarkən qarşımıza qoyduğumuz əsas məqsəd cəmiyyətə dəqiq, tərəfsiz, operativ və etibarlı xəbər çatdırmaq idi.

​Ötən 6 il ərzində “7Times.az” sadəcə bir xəbər saytı olmadı; tərəfsiz informasiya məkanı, cəmiyyətin səsi və oxucularının inandığı bir media platformasına çevrildi.

Qazandığımız hər bir uğurun, keçdiyimiz hər bir məsuliyyətli yolun arxasında siz dəyərli oxucularımızın bizə olan sonsuz inamı dayanır.

​Bizi ilk gündən izləyən, xəbərlərimizə güvənən, rəy və təklifləri ilə inkişafımıza təkan verən hər bir oxucumuza, eləcə də fəaliyyətimizdə əməyi keçən bütün komandamıza dərin təşəkkürümüzü bildiririk.

​İnanırıq ki, bundan sonra da dinamik fəaliyyətimizi davam etdirərək, daha böyük layihələrə və yeniliklərə imza atacağıq.

​6 illik media yolçuluğumuzda bizimlə olduğunuz üçün təşəkkür edirik!



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki