Kanadalı şair və yazıçı Enn Karson Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Korrekt.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 76 yaşlı yazıçı “klassik ənənə ilə dialoq şəklində müasir ədəbiyyatın yeni formalarını yaradan cəsarətli yaradıcılığına” görə mükafatı qazanıb.
Xatırladaq ki, daha əvvəl amerikalı Karl Daysserot, həmçinin alman alimlər Peter Hegemann və Georg Nagel Fiziologiya və ya tibb üzrə, Belçika-ABŞ fiziki Frensis Halzen Fizika üzrə, fransalı Anri Kaqan və yaponiyalı Kenso Soay isə Kimya üzrə Nobel mükafatına layiq görülüblər.





















