image-1backend

Abbas Araqçi: Biz Ukrayna ilə bu məsələdə razılığa gəldik

image-ads-728x90

İranın xarici işlər naziri Abbas Araqçi ukraynalı həmkarı Andriy Sibiqadan İran gəmisinin təsadüfən vurulduğuna və Kiyevin vəziyyətin daha da gərginləşməsinə çalışmadığına dair zəmanət aldığını açıqladı.

Korrekt.az xəbər verir ki, İran xarici işlər naziri X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Ukrayna hadisəni qəza kimi izah edib, lakin Tehranın dəymiş ziyana görə kompensasiya gözlədiyini vurğulayıb.

“Ukraynanın xarici işlər naziri Andriy Sibiqa mənə İran gəmisinə hücumun qəsdən edilmədiyinə və Ukraynanın eskalasiya axtarmadığına əminlik verdi”, – deyə Əraqçi yazıb.

Eyni zamanda, o əlavə edib ki, İran da gərginliyin artmasında maraqlı deyil, lakin bu cür hadisələri məqbul hesab etmir.

Nazir bildirib ki, “İran da gərginliyi artırmağa çalışmır, lakin bunu açıq şəkildə bildirib: vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı bir hücum qəbuledilməzdir. Dəyən itkilərə görə kompensasiya ödənilməlidir”.

Daha əvvəl İran gəmisinə hücum barədə məlumatlar yayılmışdı, bundan sonra Tehran Kiyevdən izahat tələb etmişdi. Hadisənin təfərrüatları və gəmiyə dəyən ziyanın xarakteri rəsmi olaraq açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki