İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, “İran müharibənin necə və nə vaxt bitəcəyinə qərar verəcək” .
Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana qarşı müharibədə döyüş əməliyyatlarının 4 həftə davam edə biləcəyini bildirmişdi.
“Biz iyirmi ildir ki, ABŞ ordusunun məğlubiyyətlərini şərqimizdə və qərbimizdə araşdırırıq. Müvafiq dərsləri çıxarmışıq”, – deyə İranın baş diplomatı 2000-ci illərin əvvəllərində ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsinə toxunaraq yazıb.
Əraqçi vurğulayıb ki, “Paytaxtımızdakı bombardmanlar müharibə aparmaq qabiliyyətimizə heç bir təsir göstərmir. Mərkəzləşdirilməmiş Mozaika müdafiəsi bizə müharibənin nə vaxt və necə bitəcəyinə qərar verməyə imkan verir”.





















