Şuşa Rayon Polis Şöbəsinin rəis müavini Fərəc Həsrətov vəfat edib.
Bu barədə Şuşa rayon İcra Hakimiyyətindən bildirilib.
Fərəc Həsrətov sentyabrın əvvəlində xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb. Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub.
Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün həkimlər onun hər iki qolunu amputasiya ediblər. Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin.





















