image-1backend

Abdullah Çatlı ASALA-nı necə çökdürdü?

image-ads-728x90

Başına yığdığı qeyrətli türk oğulları ilə, erməni terror təşkilatı olan ASALA-nın tanınmış liderlərini, elə özlərinin üsulu ilə, bir-bir məhv edən qəhrəman türk oğlu Abdullah Çatlının arxasında, Dərin Dövlət sona qədər daynmadı və….

 Abdullah Çatlı: bu ad nəinki türk dünyasında, hətta türkə düşmən kəsilən ermənilər, xüsusilə onların terror təşkilatı olan ASALA-nın bütün üzvləri və yaradıcıları arasında da məşhurdur. Ermənilərin ASALA  təşkilatı bütün dünyada terrorçu kimi yaxşı tanışdır. Özü də bu terror təşkilatının əsas qurbanları əsasən tanınmış türklər, türk diplomatları və onların ailə üzvləri idi. Əsasən 1973-cü ildən başlayaraq ASALA terror təşkilatı türk diplomatlarını öldürməklə gündəmə gəliblər. Bunların qarşısını almaq isə problemə çevrilmişdi. Dövlət tərəfindən ayrı-ayrı ölkələrdə törədilən və insan təlafatı ilə nəticələnən bu terrorun qarşısını almaq mümkünsüz hala gəlmişdi.

Yeri gəlmişkən ASALA adının tam açıqlamasını bir daha yada salaq: ASALA- Armenian Secret Army for the Liberation of Armenia ifadəsinin qısaldılmış adıdır. Türkcə isə belədir: Ermənistanın Kurtuluşu üçin Ermeni Gizli Ordusu. Azərbaycan dilində isə belə ifadə olunur: Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu. Adlarını gizli qoysalar da, bu terror təşkilatı dünyanın gözü qarşısında, açıq-aşkar  dinc türk vətəndaşlarına qarşı saysız-hesabsız qətllər həyata keçirmişlər.

Belə yerdə sual olunur:

Bəs nə etməli? Terrorun qarşısını necə almalı?

O zaman, əziz oxucular, diqqətiniz məndə olsun. Mən bu yazıda erməni terror təşkilatına və üzvlərinə qənim kəsilən, eyni zamanda onların liderlərini,  elə öz üsulları ilə məhv edən, necə deyərlər, pazı pazla çıxaran, qeyrətli  türk oğlu Abdullah Çatlıdan bəhs edəcəyəm. Amma istəyirəm əvvəlcə  həm A.Çatlnln özü haqqında bir az ətraflı məlumat verim, həm də erməni vəhşiliyini yenidən yada salaq və ASALA terror təşkilatının öldürdüyü türk diplomatlarını bir daha xatırlayaq.

Əvvəlcə A.Çatlı haqqında: Abdullah Çatlı  1 iyun 1956- cı ildə Nevşehirde anadan olmuşdur. Ankara Universitetinin bitirmişdir.

Abdullah Çatlı 12 sentyabr zərbəsi zamanı Türkiyə xaricinə çıxdı. Bir meddət Bolqarıstan və Vyanada qaldı. 22 fevral 1982- ci ildə İsveçrədə  Mehmet Özbay adına pasportla tutuldu, lakin yenə azad edildi. 22 sentyabr 1983-cü ildə Parisdə MİT (Milli İstihbarat Təşkilatı) ilə  əlaqəyə girdi və ASALA terror təşkilatına qarşı 5 əməliyyatda iştirak etdi.22 sentyabr 1984-cü ildə Parisdə həbs edildiyi zaman üstündən Həsən Qurdoğlu adına pasport çıxmışdı. Bununla da A.Çatli Fransada 7 il həbs cəzası aldı. 16 sentyabr 1985 ci ildə  Papaya sui-qəsd iddiasında şahid kimi iştirak edib. Oral Çelik  sui-qəsdi ilə  əlaqəsinin olmadığı, Bolqar  xəfiyyə Ağcanın öldürəcəyini iddia etdi. A.Çatlı qısa bir müddətdən sonra  7 il cəza aldığı Fransa həbsxanasından İsveçrəyə qaytarıldı.21 mart 1990-cı ildə Bostadel həbsxanasından qaça bilib.

1993-cü ildə Türkiyeye gələn  və istifadfə etdiyi Şahin Ekli  adına düzəldilmiş pasportu ilə tutulan Çatlı elə həmin tarixdə də sərbəst buraxılıb.

Göründüyü kimi A.Çatlının çox zəngin bir tərcümeyi-halı var. İndi isə erməni terror təkilatı olan ASALA üzvlərinin, dinc türk diplomatlarına qarşı həyata keçirdikləri amansız qətlləri bir daha yada salaq.

1.ASALA terror təşkilatın ilk qurbanı Türkiyenin ABŞ-ın Los-Ancelsdəki diplomatı Mehmet Baydar və konsul Bahadır Demir olmuşdur. Onlar 1973- cü il yanvarın 27-də ASALA-nın üzvü, erməni əsilli Qurgen Mıkırtıç tərəfindən öldürülmüşlər.

2.Türkiyenin Parisdəki səfiri İsmayıl Erez ASALA-nın 1975-ci ildə törətdiyi terrorun qurbanı olub.

3.Türkiyenin Vyanadakı səfiri Danış Tunalıgil 1975- ci ildə ASALA tərəfindən öldürülüb.

4.Türkiyenin Vatikandakı səfiri Taha  Carım 1977-ci ildə, ASALA terror təşkilatının qurbanıdır.

  1. Türkiyenin Sidneydəki konsulu Şurik Aynak 1980- ci ildə ASALA tərəfindən teror yolu ilə öldürülüb.
  2. Türkiyenin Los-Ancelsdəki Baş konsulu Kemal Arikan 1982-ci ildə ASALA tərəfindən qəsd edilərək öldürülüb.
  3. Türkiyenin Bostondakı Baş konsulu Orxan Gündüz 1982-ci ildə ASALA terrorunun qurbanı olub.

8.Türkiyenin Belqraddakı səfiri Qalip Balkar 1983-cü ildə ASALA tərəfindən qətlə yetirilib.

9.Türkiyenin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk 1991 və 1994-cü illərdə ASALA terrorunun qurbanı olublar.

10.Türkiyenin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel 1993-cü ildə ASALA tərəfindən qətlə yetirilib.

11.Türkiyenin Mosuldakı Baş konsulluğunun attaşeləri, Nihat AkbaşBilal UzgenAdem ÇiçəkBülent Kıranşal və Süleyman Karahasanoğlu 2004- cü ildə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilmişlər.

  1. Türkiyenin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz 2013-cü ildə ASALA tərəfindən qətlə yetirilib.
  2. Türkiyenin Ərbildəki Baş konsulluğunun əməkdaşı Osman Köşe 2013-cü ildə ASALA tərəfindən öldürülüb.

Bəli, bu qətllər erməni xislətinin təzahürüdür.

Biz bu qətlləri Qarabağda, Xocalıda da gördük.

Bütün bunlar azmış kimi, bu cəlladlar, nəinki türk diplomatlarını, hətta onların ailələrini, səfirliyin digər əməkdaşlarını da qətlə yetirirdilər. Məsələn, Türkiyenin İspaniyadakı səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və sabiq səfir Beşir Balçıoğlu 1978-ci ildə ASALA terror təşkilatının üzvləri olan ermənilərin avtomobilə silahlı hücumu zamanı öldürülüblər. Portuqaliyadakı türk səfirliyinin əməkdaşı Yurtsen Mıhçıoğlu, həyat yoldaşı Cahide Mıhçıoğlu, attaşe Erkat Akbayın həyat yoldaşı Nadide Akbay da erməni terrorçuları tərəfindən avtomobilə edilən silahlı hücumun qurbanı olublar. Bütün bu sui-qəsdlər erməni terror təşkilatları olan əsasən ASALA  tərəfindən həyata keçirilib.

Bütün bu qətllərin, terror aktlarının, silahlı hücumların qarşısının, yuxarıda da qeyd etdiyimiz kimi, dövlət tərəfindən alınması mümkün deyildi. Ona görə də xaricdə yaşayan Abdullah Çatlı adında bir qeyrətli türk oğlu,  əlavə özü kimi vətənpərvər, dövlətini və xalqını dəlicəsinə sevən insanları da ətrafına toplayıb, terrorçularla mübarizəyə başlayır. Bu mübarizəyə həsr olunmuş və dövlətin də bu məsələdə onlara gizli dəstəyi haqqında gözəl bir film- “Çatlı” filmi çəkilib.

45 ildir dostluq etdiyim, Xəzər Universiteti İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli bir gün mənə zəng edib soruşdu ki, Abdullah Çatlı adında bir türk qəhrəmanını tanıyırsanmı?

Cavab verdim ki, eşitmişəm,  amma o qədər də geniş məlumatım yoxdur. Söhbətimiz zamanı məlum oldu ki, Əlövsət müəllim, nəinki bu qəhrəman haqqında geniş bilgiyə malikdir, hətta Abdulla Çatlının özünü, ailəsini, qızlarıını və nəvəsini də yaxından tanıdığını və onlar haqqında çoxlu məlumatlara malik olduğunu gördüm.

Abdullah Çatlının qızı Gökçen Çatlı nəhayət, xeyirxah insanların köməyi ilə atası A.Çatlı haqqında gözəl bir filmin çəkilməsinə nail ola bilib. Elə Əlövsət müəllimin də mənə zənginin səbəbi, həmin filmə birlikdə baxmaq təklifi idi. Təbii ki, böyük  məmnuniyyətlə təklifi qəbul etdim. Gənclik Mall-un kino salonunda  Çatlı haqqında olan filmə Əlövsət müəllimlə bir yerdə baxdıq. Əvvəlcədən onu deyim ki, həqiqətən film olduqca çox baxımlı və maraqlı idi. Filmdə A.Çatlının qeyrətli dostları ilə birlikdə, ermənilərin ASALA terror təşkilatının önəmli şəxslərini bir-bir, elə onların öz üsulunda aradan götürülməsi səhnələri olduqca gözəl təsvir olunmuşdu. Amma ermıni cəlladlarından fərqli olaraq A.Çatlı və dostları partlatmaq istədikləri maşında uşaq olduğunna görə, həftələrlə izləyib planlaşdırdıqları qətldən vaz keçiblər. Çünki erməni kimi uşaq qatili olmaq istəməyiblər.

Filmdən görünür ki, Türkiye dövləti A.Çatlı və onun dostlarının fəaliyyətindən məmnundur, amma hər hansı müdaxiləsi mümkün deyil. Bununla belə, dövlətin gizli xəfiyyəsi Abdulla Çatlı ilə Avropa dövlətlərinin birində görüşür. Erməni terror təşkilatının önəmli isimlərinin bir-birinin ardınca aradan götürülməsinə görə gizli xəfiyyə A.Çatlıya və dostlarına dövlətin adından təşəkkür edir. Eyni zamanda nə kömək lazım olduğu barədə də soruşur. A.Çatlı cavab verir ki, belə çətin əməliyyatları yerinə yetirmək üçün onlara ancaq maliyyə yardımı  lazımdır. Filmdən də görünür ki, həqiqətən A.Çatlı və ailəsi çox kasıb yaşayırlar. Hətta qaldıqları evin kirayə pulunu belə verməyə imkanı olmur. Bütün bu çətinliklərə baxmayaraq, ermənilərlə və erməni terroru ilə mübarizəsi qətiyyən dayandırmır. Dövlət də bütün bunlardan xəbərdar olduğu üçün öz xəfiyyəsini A.Çatlının yanına göndərir. Söhbətləri alınır. Dərin dövlətin yüksək çinli nümayəndəsi A.Çatlıya gizli də olsa, maddi və mənəvi dayaq göstərəcəyinə söz verir. Buna baxmayaraq, A.Çatlının işi heç də asan getmir. Bəzən ermənilərin silahlı hücumlarına məruz qalırlar. Bəzən də ermənilərin yerli dölətlərdə pulla ələ aldığı polislərin vasitəsi ilə A.Çatlya və dostlarına təzyiqlər göstərərək ciddi problemlər yaşadırlar. Ailəsini izləyirlər, onları aradan götürmək üçün plan qururlar və s. Bütün bu təhlükəli və çətin anlar, o vaxt kiçik yaşlı qızları Gökçen Çatlı və Selcen Çatlının  yaddaşına həmişəlik həkk olub.

İş o yerə çatır ki, 1933-cü ildə dünyanı silkələyən bir olayda- Mehmet Ali  Ağca adlı bir türkün Roma Papasına sui-qəsdində, Türkiyenin  Dərin Dövləti  Abdullah Çatlının da iştirakçı kimi adının keçməsini istəyir. Bununla da Türk dövlətinin adının bu məşhur sui-qəsddə hallanmasının qarşısını almaq məqsədi güdülürdü. Həmin anlarda A.Çatlı erməni  və yerli polislərin təqibindən yayınmaq üçün adını rəsmi olaraq dəyişdirmiş və o yeni adı, Həsən Qurdoğlu adı ilə həbsxana həyatı yaşayırdı.  Polislər onun əsl adını öyrənmək üçün A.Çatlını əli və ayağı zəncirlə bağlanmış vəziyyətdə həbsxanadan evinə gətirirlər və hüquqa zidd olsa da, azyaşlı qızlarından onun adının kim olduğunu  soruşurlar. Atasına qorxu içində xeyli baxan Gökçen, hamını həyəcan və intizarda saxlasa da, sonda çox gözəl bir cavab verir:”O, mənim atamdır”.  Polislər kor-peşiman A.Çatlını yenidən həbsxanaya qaytarırlar. Elə belə məqamda Dərin Dövlət A.Çatlının öz adı ilə Poma Papasına sui-qəsddə iştirakını etiraf etməsin istəyir. Əsl adının açılması isə, A.Çatlının ölümünə səbəb olacaqdı. Yəni Dərin Dövlət Türkiyənin adının həm Roma Papasına sui-qəsddə, həm də A.Çatlı ilə yanaşı hallanmasını istəmədiyindən, sonda öz qəhrəmanını açıq-aşkar güdaza verir. Necə deyərlər, Dərin Dövlət bir salveylə iki dovşanı vurur.  A. Çatlı kimi ağıllı, mübariz, qəhrəman bir insan, bütün bunları bilə-bilə, ölümünü göz altına  alaraq, Türkiye dövlətinin mənafeyi naminə verilən təkliflə razılaşır.

Yəni dölətinin, xalqının yolunda könüllü olaraq özünü qurban verir.

Amma A.Çatlının ölümü də xeyli müəmmalıdır.Rəsmi məlumatlara görə A.Çatlı 3 noyabr 1996-cı ildə Türkiyenin Susurluk yaxınlığında baş vermiş məşhur “Susurluk qəzası” zamanı həlak olub. Onun olduğu Mersedes 600 SEL markalı avtomobil yeksık sürətlə yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində Abdullah Çatlı, polis rəsmisi Hüseyn Kocadağ və Gonca Us hadisə yerində həyatlarını itiriblər. Yalnız deputat Sedat Bucak yaralansa da sağ qalıb.

Tarixə “Susurluk qızası” kimi düşən bu olay, sonradan Türkiyedə böyük siyasi rezonans doğurdu və elə Susurluk qalmaqalı da adlandırıldı. Ən böyük maraq və sual doğuran o idi ki, polis tərəfindən axtarışda olan bir şəxsin yanında, polis rəsmisi və millət vəkili nə edirdi? Təbii ki bu hadisə Türkiyedə böyük qalmaal yaratdı. Bundan sonra dövlət və onun təhlükəsiz qüvvələrinin mütəşəkkil cinayətkar dəstə ilə əlaqələri haqqında araşdırılmalara başlanıldı.

Daha bir qalmaqal o idi ki, guya “A.Çatlı qəzada ölməyib, sonradan öldürülüb”. A.Çatlının ölümü barədə, daha bir neçə bu kimi müxtəlif versiyalar irəli sürürdülər. Amma rəsmi mövqe A.Çatlının yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi oldu. Təbii ki, xalq arasında belə qəhrəmanlar haqqında əfsanələr dolaşması qəbul olunandır.

Bəli, A.Çatlı xalqın gözündə əsl qəhrəmandır və xalq da öz qəhrəmanını unutmur. Onun qəhrəmanlıq dastanına həsr olunmuş “Çatlı”  bədii filmi də çəkilib ki, gələcək nəsillər belə bir qəhrəmanı unutmasın,  xalqının, dövlətinin yolunda canını belə əsirgəmədiyi, gənclərə örnək kimi həmişə xatırlansın…

Sonda A.Çatlının qızları haqqına məlumat vermək istəyirəm.

Böyük qızı Gökçen Çatlı 22 may 1975-ci ildəTürkiyenin Nevşehir şəhərində anadan olmuşdur. Uşaqlıq illərinin bir hissəsini Fransanın Poitiers və Paris şəhərlırində keçirib, həmçinin Saint Benoit Fransız Liseyində təhsil alıb. Daha sonra İstanbul Universitetində Fransız dili və ədəbiyyatı üzrə təhsil alıb. Sonralar Antropologiya və Beynəlxalq münasibətlər ixtisasları sahəsində təhsilini davam etdirib. Bundan sonra Antropoloq və yazıçı kimi fəaliyyət göstərib.

Atası A.Çatlı haqqında  xatirələrini əks etdirən “Babam Çatlı” və “Çatlı Reis” adlı kitabların müəllifidir.Təbii ki, bu əsərlərdə Gökçen Çatlı atasını öz baxış bucağından təqdim edir.

A.Çatlının kiçik qızı Selcen Çatlı, böyük bacısından fərqli olaraq, ictimaiyyət arasında çox az görünür və haqqında çox məhdud məlumatlar var.

P.S. Məni belə gözəl bir filmə dəvət etdiyi üçün və Abdullah Çatlının özü, ailəsi haqında bu yazının hazırlanmasına, göndərdiyi materiallar, şəkillərlə  böyük töhfə verən, 45 illik dostum Əlövsət Əmirbəyliyə dərin təşəkkürümü bildirirəm…

Elçin MƏMMƏDLİ

image-4

image-1 image-2 image-3



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki